
20 sentyabr – Neftçilər Gününə həsr olunmuş SOCAR-2022 mini futbol turnirində növbəti oyun baş tutub.
Bakı Olimpiya Stadionunun qapalı mini meydançasında təşkil olunan görüşdə SOCAR “Azəriqaz” İstehsalat Birliyinin komandası ilə BOS Şelf komandası üz-üzə gəlib.
Oyun 3-3 hesablı bərabərliklə başa çatıb. Görüşü izləyənlər sırasında SOCAR “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev, baş direktorun satış üzrə müavini Rəşad Cavadov və Birliyin digər məsul şəxsləri də olub.
Məlumat üçün bildirək ki, turnirdə SOCAR-ın strukturana daxil olan qurum və müəssisələri təmsil edən 32 komanda çıxış edir.
Gununsesi.info