
Gəncənin ərazisinə yağan leysan xarakterli yağış nəticəsində yaranan sel suları şəhərin Cavad Xan küçəsində və piyada keçidində fəsadlar yaradıb .
Gununsesi.info xəbər verir ki, dərhal əraziyə Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin canlı qüvvəsi və texnikaları cəlb olunub.
Keçidə dolan sel sular pompalar vasitəsilə ərazidən uzaqlaşdırılıb. Anoloji qabaqlayıcı tədbirlər şəhərin digər yaşayış massivlərində, küçə və prospektlərində də həyata keçirilib.
Qeyd edək ki, qərb bölgəsində qeyri sabit hava şəraiti 11 iyun 2024-cü il tarixinə qədər davam edəcəkdir.
Gununsesi.info