Mayın 28-də saat 17 radələrində Füzuli rayonunun Babı kəndi ərazisində 3-cü Zobucuq qəsəbə sakini Fuad Əliyev idarə etdiyi “VAZ-21214” markalı avtomobili aşırıb.
Gununsesi.org xəbər verir ki, qəza nəticəsində F.Əliyev hadisə yerində ölüb, sərnişini xəstəxanaya yerləşdirilib. Füzuli RPŞ tərəfindən araşdırma aparılır.
Sosial şəbəkələrdə yayılan məlumatlara görə, F. Əliyev rayon icra başçısının taxıl sahələrinə və qoyunçuluq fermalarına nəzarət edən şəxs olub və rayonda Fedya kimi tanınıb.


Gununsesi.org
COMMENTS