Fransanın cənub-şərqində Montelimar şəhərinin yaxınlığında Rona-Alp bölgəsində 5,4 bal gücündə zəlzələ olub.
Gununsesi.org-un məlumatına görə, bu barədə “BFMTV” xəbər verib.
Yerli vaxtla saat 11:53 radələrində qeydə alınan yeraltı təkanlar on dəqiqə davam edib və Lion, Monpelye, Avinyon şəhərlərində hiss olunub.
Ardeş prefekturasından verilən məlumata görə, zəlzələ nəticəsində üç nəfər yüngül xəsarət alıb.
Gununsesi.org
COMMENTS