Xəbər verdiyimiz kimi, ötən axşam aparıcı Xose Bernardo bıçaqlanıb.
Gununsesi.org azxeber.com-a istinadən xəbər verir ki, bıçaqlanandan sonra Xose ATV-də yayımlanan “Bizimləsən” veirlişində qonaq olub. O, hadisəni belə izah edib:
“Biz Pirallahıda həyət evində qalırıq. Birdən qardaşım məni çağırdı. Biz həyətə çıxanda gördük ki, qardaşım al-qan içindədir. Ona 15 bıçaq zərbəsi endirilib. Hadisəni törədən orada idi, onunla bir az dalaşdım. Səs-küyə qonşular gəldi. Həmin şəxs qardaşımın sevgilisinin keçmiş həyat yoldaşıdır. Hadisə qısqanclıq zəmində baş verib. Mənim qolum sabah əməliyyat olunacaq”.
Sözü gedən kadrı təqdim edirik:
COMMENTS