
Fransanın prezidentliyi uğrunda yenidən mübarizə aparmaq niyyətini açıqlayan ifrat solçu Jan Lyuk Melanşon ölkənin NATO-dan çıxmasının və Rusiya ilə qarşılıqlı fəaliyyətinin tərəfdarı olduğunu bildirib.
Gununsesi.info xəbər verir ki, o, bu barədə Tvitter səhifəsində yazıb.
“Mən NATO-dan çıxmağın tərəfdarıyam. Bizə deeskalasiya lazımdır”, – deyə siyasətçi qeyd edib.
Siyasətçi bildirib ki, NATO-dan çıxmaq Fransaya Şimali Amerikanın hərbi macəralarına qarışmamağa imkan verəcək:
“Rusiya tərəfdaşdır. Ondan düşmən yaratmağa razı deyiləm”.
Melanşon vurğulayıb ki, keçmiş SSRİ ölkələri NATO-ya daxil olduqdan sonra Rusiya təhlükə hiss edib:
“Buna görə də Ukrayna alyansa qoşulmamalıdır. Deeskalasiya siyasi kursun əsasına çevrilməlidir. Mən yeni soyuq müharibəyə qarşıyam”.
Gununsesi.info