
Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Ukraynaya səfər edəcək.
Gununsesi.info xəbər verir ki, bu barədə Avropa Komissiyasının məlumatında deyilir.
Ali komissarın 4-6 yanvar tarixlərində Ukraynada səfərdə olacağı, ölkənin şərqinə gedərək Donbasda təmas xəttinə baş çəkəcəyi qeyd olunub.
Bundan sonra, avropalı diplomat Kiyevdə hakimiyyət nümayəndələri ilə görüşəcək.
Gununsesi.info