
Belçikanın “Brügge” klubuna rəhbərlik edən Filip Kleman “Monako” futbol klubunun baş məşqçisi təyin edilib.
Gununsesi.info-nun məlumatına görə, bu barədə “Monako”nun mətbuat xidməti bildirib.
Məlumata əsasən, 47 yaşlı belçikalı mütəxəssislə müqavilə 3 mövsümlük imzalanıb. F.Kleman yanvarın 1-də istefaya göndərilən Niko Kovaçı əvəzləyib.
F.Kleman 2019-cu ildən “Brügge”yə rəhbərlik edib və klub ilə iki dəfə çempionluğu qazanıb.
Gununsesi.info