HƏMAS ikinci qrup israilli girovları azad etməyəcək

  • By ilhame
  • 25 Noyabr 2023 22:05

HƏMAS hərəkatının hərbi qanadı Əl-Qəssam Briqadaları İsrail tərəfi atəşkəs razılaşmasının şərtlərinə əməl edənə qədər ikinci qrup israilli girovları azad etməyəcək.

Gununsesi.info xarici mətbuata istiandən xəbər verir ki, buna səbəb İsrail tərəfinin Qəzza zolağında atəşkəs razılaşmasını dəfələrlə pozması olub.

HƏMAS Siyasi Bürosunun rəhbərinin media üzrə müşaviri Taher əl-Nunu bildirib ki, israillilər yük maşınlarının ölkəyə girişi ilə bağlı sövdələşməyə əməl etmirlər.

Qeyd edək ki, ötən gün HƏMAS 13 girovu İsrail tərəfinə təhvil verib. Təl-Əviv isə 39 fələstinlini azad edib.

Gununsesi.info