Operativ Qərargah məlumat yaydı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 11 yeni yoluxma faktı qeydə alınıb, 21 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 792599 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782839 nəfər müalicə olunaraq sağalıb, 9709 nəfər vəfat edib. 51 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3903, bu günə qədər isə ümumilikdə 6826926 test icra olunub.

Gununsesi.info