Bakı Şəhər Mədəniyyət Baş İdarəsinə yeni rəis təyin olundu

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinə yeni rəis təyin olunub.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Mədəniyyət naziri Anar Kərimovun əmrinə əsasən, İbrahim Müseyib oğlu Əliyev Bakı Şəhər Mədəniyyət Baş İdarəsinə rəis təyin edilib.

Gununsesi.info