“Evi olmayanla ailə qurmayın”

“Bəziləri deyir pul üzərində ailə qurulmamalıdır. Amma indiki dövrdə düşünürəm ki, gənclər hər addımı ağıllı atmalıdır. Bir gənc öz ayağı üstündə dura bilmirsə, maaş almırsa, ata-ana ümidinədirsə, evi belə yoxdursa, Allah ümidinə kirayədə qalım, düzələcək deyirsə, bu, doğru deyil. Bu sevgi yalnız “Leyli və Məcnun” dövrünə aiddir. Onlar da belə qovuşa bilmədi”.

Gununsesi.info xəbər verir ki, bu sözləri aparıcı Vüsalə Əlizadə verilişində söyləyib. Aparıcı qız analarına da müraciət edib və bildirib ki, övladlarını çalışmayan gənclərə ərə verməməlidirlər:

“Kirayədə yaşamaq olar. Amma qarşındakı insanın bacarığını və cəhdini qiymətləndirmək vacibdir. Bilməlisən ki, beş-on il ərzində qəpik-qəpik yığıb nəsə edəcək potensial adamdırmı… Bəzən gənclər göz yumub həyat qurur. Oğlanlar bəzi yalanlarla qızların ağlını alır. Evləndikdən sonra bilirsən ki, nə qədər borcu var imiş. Bu yaxınlarda eşitdiyim bir hadisə bir qız anası kimi məni də narahat etdi. Valideyn belə maraqlanmalıdır ki, uşağı nə işlə məşğuldur, hara gedir, hardan gəlir. Kiminsə qızını bədbəxt etməsin. Yenə də öhdəlik yazıq valideynin üzərinə düşür. Gənclər də anlayışlı olmalıdır. Deyirlər sevirəm, falan. Amma bəlli qazancınız olmalı, ailədə kişi kimi sözünüz keçməlidir”.(axsam.az)