Ev dustaqlığına buraxılan Rəqsanədən ilk AÇIQLAMA

  • By Ayshan
  • 25 Noyabr 2025 23:30

Noyabrın 19-da ev dustaqlığına buraxılan müğənni Rəqsanə İsmayılova instaqram hesabında video-müraciət ünvanlayıb.

Gununsesi.info xəbər verir ki, o, sosial şəbəkədə haqqında yayılan məlumatlara aydınlıq gətirib.
Sənətçi bildirib ki, o azadlığa çıxdıqdan sonra onun işi ilə bağlı polis barədə qarayaxma kampaniyaları başlayıb və bu kampaniyaların onunla əlaqəsi yoxdur.

Rəqsanə azadlığa çıxması ilə bağlı Daxili işlər naziri Vilayət Eyvazova da təşəkkür edib.