Əsrlik gənclik sirri - İbn Sinanın müalicəvi resepti

  • By Günel
  • 07 Dekabr 2024 12:24

Qərblilərin Avicenna (müasir tibbin atası) kimi tanıdığı İslam dünyasının mühüm alimlərindən biri olan İbn Sina El-Kanun fi’t-Tıbb adlı əsərində nanə və rozmarinin ümumi sağlamlıq üçün müsbət təsirlərindən bəhs olunmuşdur. Rozmarin beyin funksiyalarını yaxşılaşdırır, hüceyrələrin zədələnməsinin qarşısını alır və qocalmanı ləngidir. Üstəlik, rozmarinin insan sağlamlığı üçün faydaları bununla məhdudlaşmır.

Gununsesi.info xarici mediaya istinadən bitkilərin faydalarını təqdim edir:

Belə ki, nanə və rozmarinin faydaları:

Həzmi dəstəkləyir

Mədə xəstəliklərini yüngülləşdirir: Nanə çayı mədəni sakitləşdirir, həzmsizlik və şişkinliyi azaldır. Həzmi asanlaşdıraraq bağırsaq qazını da azaldır.

Tənəffüs sistemi üçün xeyirdir

Nəfəsi açır: Nanədə olan mentol burun tutulmasını və sinus xəstəliklərini aradan qaldırır.

Öskürəyi sakitləşdirir: Antiseptik xüsusiyyətləri sayəsində boğazı sakitləşdirir.

Stressi azaldan təsiri

Nanə çayı içmək rahatlamağa kömək edərək stress və narahatlığı azaldır.

Dəri sağlamlığı 

Dərini sərinlədir: Nanə əsaslı məhsullar dərini təravətləndirir və qaşıntıları aradan qaldırır.

Sızanaqlara faydalıdır: Antibakterial xüsusiyyətləri sayəsində dərini təmizləməyə kömək edir.

Ağız sağlığı

Nəfəsi təravətləndirir: Nanə ağızdakı bakteriyaları azaldaraq ağız qoxusunu yox edir.

Antibakterial xüsusiyyətlər: Diş ətinin sağlamlığını qorumağa kömək edir.

İmmuniteti gücləndirir

Tərkibində antioksidantlar var: Bədəni sərbəst radikalların zərərindən qoruyur.

Antiviral və antibakterial təsirlər: Xəstəliklərə qarşı qorunma təmin edir.

Ağrıları yüngülləşdirir

Baş ağrılarına yaxşı təsir edir: Nanə yağı gicgahlara çəkildikdə baş ağrılarını yüngülləşdirə bilir.

Əzələ ağrılarını aradan qaldırır: Nanə yağı masajı əzələ ağrısını azaldır.

Rozmarin (Rosmarinus officinalis) bir çox sağlamlıq faydası olan, həm mətbəxdə, həm də dərman məqsədi üçün istifadə olunan bir bitkidir. Rozmarinin əsas faydaları bunlardır:

Alzheimer riskini azaldır

Yaddaşı gücləndirir: Rozmarin tərkibindəki antioksidantlar və birləşmələr sayəsində beyin funksiyalarını dəstəkləyir. Xüsusilə konsentrasiyanı artıran təsiri ilə tanınır.

Alzheimer riskini azalda bilər: Sinir hüceyrələrinə qoruyucu təsir göstərir.

Antibakterial və antiviral təsiri

Sərbəst radikallarla mübarizə apararaq immunitet sistemini dəstəkləyir. Xəstəliklərdən qoruyur.

Qırışların görünüşünü azaldır

Rozmarin yağı saç köklərini gücləndirir və saç böyüməsini dəstəkləyir.

Eyni zamanda dəridəki incə xətləri və qırışları azaldır.

Ürək sağlamlığını dəstəkləyir

Xolesterolu tənzimləyir: Rozmarin sağlam xolesterol səviyyələrini dəstəkləyir.

Ürək dostu: Antioksidant xüsusiyyətləri ürək sağlamlığını qorumağa kömək edir.

Arıqlamağa kömək edir

Maddələr mübadiləsini sürətləndirir: Həzmi dəstəkləyərək arıqlama prosesinə kömək edir.

Şəkər istəyini azaldır: Şirniyyat istəklərini aradan qaldıran təsir göstərir.

 

Günel Həsənova 

Gununsesi.info