
Ermənistanda ruslara Ermənistan və Ukrayna milli komandaları arasında keçirilən oyuna giriş qadağan edilib.
Gununsesi.info xəbər verir ki, qarşılaşma dünən Vazgen Sarkisyan adına Respublika stadionunda baş tutub. UEFA Millətlər Liqasının 5-ci turu çərçivəsində Ermənistan və Ukrayna yığmaları üz-üzə gəlib.
Matçda 10 minə yaxın azarkeş iştirak edib, lakin Rusiya pasportu olan şəxslərin bilet alınması və stadiona girişi qadağan edilib.
Görüşdə Ukrayna komandası 5:0 hesabı ilə qalib gəlib.
Gununsesi.info