
25 yaşlı rusiyalı müğənni Şarlot Ermənistandan qayıtdıqdan sonra Pulkovo hava limanında saxlanılıb.
Gununsesi.info “Rosbalt”a istinadla xəbər verir ki, o, üç maddə ilə ittiham olunur.
Belə ki, Şarlot xırda xuliqanlığa, pasportunu cırdığına və Rusiya Silahlı Qüvvələrini nüfuzdan saldığına görə inzibati məsuliyyətə cəlb olunacaq.
İyun ayında Rusiya pasportunu yandıran və lentə alanndan sonra müğənni ilə polis maraqlanıb. Şarlot həmin videonu İrəvanda olarkən yayımlayıb. O, Ukraynaya getmək və orada konsert vermək istədiyini də bildirib. Təhlükəsiz İnternet Liqasının rəhbəri Yekaterina Mizulina vəziyyətə diqqət çəkərək, İstintaq Komitəsindən müğənni ilə bağlı araşdırma aparmağı xahiş edib.
Lakin müğənni Rusiyaya qayıtmaq qərarına gəlib. Bildirib ki, səfərinin məqsədi rusdilli mədəniyyət uğrunda mübarizə aparmaq, “Yaradıcı”nın böyük statusunu qorumaq, həmçinin yeni albom çıxarmaqdır.
O, Ermənistandan qatıdanda hüquq-mühafizə orqanlarının əməkdaşları artıq onu hava limanında gözləyirdilər. “Mən bir daha bunu etməyəcəyəm” sənətçi polislə söhbətində bildirib.