Ermənistan KTMT-nin Zəngəzur açıqlamasına qarşı çıxdı

KTMT Baş katibi Stanislav Zasın bəyanatları qəribədir.

Gununsesi.info Axar.az-a istinadla xəbər verir ki, bunu “Azadlıq radiosu”na müsahibəsində Ermənistanın hakim Mülki Müqavilə Partiyasının üzvü Ruben Rubinyan deyib.

Rubinyan Ermənistanın suverenliyinin təhdid altında olduğunu əsas gətirərək, KTMT-yə müraciət etdiklərini və Zəngəzurla bağlı situasiyanın KTMT nizamnaməsinin 2-ci maddəsinə uyğun gəldiyini iddia edib.

Qeyd edək ki, bundan öncə KTMT Baş katibi Stanislav Zas Zəngəzurla bağlı məsələnin KTMT nizamnaməsinə uyğun olmadığını və məsələnin sərhəd insidenti olduğunu deyib.

Gununsesi.info