
Naqif Həmzəyevin xarici mətbuatda Azərbaycana qarşı törədilən təxribatlarla bağlı məqalələri dərc edilib.
Gununsesi.info xəbər verir ki, Milli Məclisin deputatı Naqif Həmzəyevin Türkiyənin və Pakistanın ən nüfuzlu mətbuat orqanlarında türk və ingilis dillərində İşğalçı Ermənistanın son təxribatı, təcavüzkar siyasəti, ilə bağlı genuş məqalələri,açıqlamaladı dərc edilib.
Türkiyənin yenihaberden.com saytında, “Yeni Haber” qəzetində “Ermenileri bozguna uğrattık!”, savunmatr.com saytında “Dağlık Karabağ’da işgale son vereceğiz”, Pakistanın islamabadpost.com mətbu orqanında “it’s time to say “Stop!” to the Armenian govt” başlıqlı məqalələrdə təmas xəttində baş vermiş son hadisələrdən bəhs edilir.
Müəllif qeyd edir ki, Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində qeyri-qanuni olaraq yerləşən Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs rejiminin pozaraq, yalnız Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin mövqelərinin deyil, həmçinin dinc əhali və mülki infrastrukturların da hədəf alır.
Millət vəkili geniş məqaləsində Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi və onun nəticəsində doğma yurd yerlərindən didərgin düşən 1 milyondan çox məcburi köçkün haqqında ətraflı məlumat verir.
Məqalədə müəllif mülki əhalinin məskunlaşdığı ərazilərin bombalanması nəticəsində dinc sakinlərin qətlə yetirildiyi və yaralıların olduğunu, Azərbaycan Ordusunun bütün cəbhə xətti boyu qətiyyətli və qarşısıalınmaz zəfər yürüşü ilə irəlilədiyini, tezliklə erməni işğalına son qoyulaçığını qeyd edir.
Günay
Gununsesi.info