Ermənistan heç bir zaman çıxa bilməyəcəyi bataqlığa düşüb: – DEPUTDAN AÇIQLAMA

  • By turana
  • 01 Dekabr 2020 20:54

“Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata uyğun olaraq Laçın rayonunun qan tökülmədən, şəhid vermədən Azərbaycana qaytarılması cənab Prezident İlham Əliyevin rəhbərliyi altında diplomatiyamızın böyük uğuru və konkret nəticəsidir”.

Gununsesi.info xəbər verir ki, bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Musa Qasımlı bildirib.

Deputanın sözlərinə görə, əgər Azərbaycan Ordusu döyüş meydanında Ermənistan ordusunu məhv etməsəydi, “yenilməz Ermənistan ordusu” mifini darmadağın etməsəydi, Ermənistan həmin sənədi imzalamayacaqdı: “Hərb meydanında təslim olan Ermənistanın diplomatik-siyasi sahədə də məğlub olaraq sənədi imzalaması səbəbsiz deyildi, başqa çarəsi yox idi. Çünki hərbi əməliyyatalar davam edəcəyi təqdirdə qurama Ermənistan Respublikası dünyanın siyasi xəritəsindən silinəcəkdi”.

M.Qasımlı onu da vurğulayıb ki, İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətinin hərbi, diplomatik-siyasi qələbəsi nəticəsində Ermənistan heç bir zaman çıxa bilməyəcəyi bataqlığa düşüb: “Bu ölkədə demoqrafik böhran daha da dərinləşəcək, bir tərəfdən əhalinin təbii artımı prosesi getməyəcək, digər tərəfdən, əhali şəraitsizlik, kriminal idarəçilik ucbatından köçüb gedəcək və ordu sıralarını doldurmağa adam tapılmayacaq. Ermənistan heç bir gələcəyi olmayan ölkədir”.

Gununsesi.info