
Fransanın Lyon şəhərində Yeni il gecəsi 16 avtomobil yandırılıb.
Gununsesi.info-nun “Fiagro”ya istinadla xəbərinə görə, hüquq-mühafizə orqanları yanğınların qəsdən törədildiyini bildirirlər.
Şəhərin əsas küçələrindən birində eyni anda 8 avtomobilə od vurulub. Daha 8 avtomobil isə kənar məhəllələrdə yandırılıb. Bundan əlavə, bir neçə iş yerinə də tüstü dolduğu üçün yanğınsöndürənlər müdaxilə etməli olublar.
Gununsesi.info