Ermənilər unutmasınlar ki, qarşılarında böyük türk milləti var

  • By admin
  • 28 Aprel 2021 19:19

3 may 2019-cu il tarixdə onun sümükləri, indiki Ermənistan rəhbərliyi tərəfindən  gətirilərək Ermənistanın əsgəri məzarlığında dəfn edilib.

Başqa bir misal, Ermənistanın Şirak vilayətində Osmanlı dövlətinin baş naziri Mehmet Tələt Paşanın qatili Soqomon Teyliryanın heykəlinin qoyulması, heykəldə Tələt Paşanın kəsilmiş başı Teyliryanın ayaqları altında təsvir edilib.

Ermənilər bu addımı atmaqla nə qədər qəddar olduqlarını və bəsit təfəkkürlə qərarlar qəbul etdiklərini ortaya qoyurlar.

Burada iki millətin mənəvi dəyərləri  arasında müqaisə aparmaq, insanı kefiyyətlərini dəyərləndirmək yerinə düşər.

Sovetlər Birliyində totalitarizmin dəhşətli dövründə Hüseyn Cavid sosializmin “nailiyyətlər”indən yazmağı özünə rəva bilmir, Stalini, Azərbaycan ağalarını mədh etməkdən qətiyyətlə boyun qaçırırdı. Ona görə də Cavid Sibir buzlaqlarına, Maqadana sürgün edilmişdi, 5 dekabr 1941-ci ildə İrkutsk vilayətində vəfat etmişdi. Heydər Əliyevin göstərişi ilə 1982-ci il oktyabrın 12-də Naxçıvan Vilayət Partiya Komitəsi Hüseyn Cavidin məzarının tapılması, cənazəsinin qalıqlarının Azərbaycana gətirilməsi ilə bağlı qərar qəbul etdi. Hüseyn Cavidin məzarının gətirilməsi, həm xalqımızın milli dəyərlərinə, eyni zamanda inşalığın bəşəri dəyərlərinə bir töhvə idi.

Belə misalları çox çəkmək olar. Çox təəsüflər olsun ki,  Xocalı soyqırımı törətməklə, heykəllər qoymaqla, ermənilər öz uşaqlarını türklərə hiss etdikləri kin və nifrəti aşılamaq üçün səhv bir yolu seçiblər. Amma unutmasınlar ki, qarşılarında böyük türk milləti var.

Qurbanov Sadiq

Milli Məclisin deputatı,

Gununsesi.info