
Ötən gecə Ermənistanın Tavuş rayonunda vəziyyət gərgin olub: bir qrup yerli sakin Bağanis-Kirants kəndləri ərazisində Ermənistan-Gürcüstan dövlətlərarası yolunu bağlayıb.
Gununsesi.info xəbər verir ki, müxalifətin və revanşist qüvvələrin təhriki ilə yolu bağlayanlar Ermənistan və Azərbaycanın delimitasiya komissiyalarının dünənki görüşünün nəticələrinə və işğal altındakı 4 kəndin Azərbaycana qaytarılmasına etirazlarını bildiriblər.
Etirazçılar baş nazir Nikol Paşinyanla görüş tələb ediblər.
Gununsesi.info