
Ermənistan parlamentinin sədri Alen Simonyan dekabrın 19-da Moskvada keçiriləcək KTMT Parlament Assambleyası Şurasının səfər iclasında və 16-cı plenar toplantısında iştirak etməyəcək.
Gununsesi.info erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə parlament sədrinin mətbuat katibi Tsovinar Xaçatryan bildirib.
Xaçatryan deyib ki, “Ermənistan parlamentinin sədri öz qərarını Dövlət Dumasının sədri Vyaçeslav Volodinə göndərdiyi rəsmi məktubda bildirib”.
Məlumata görə, Ermənistan parlamentinin nümayəndə heyəti görüşlərdə iştirak etməyəcək.
Ermənistan nümayəndə heyəti KTMT-nin iclaslarını boykot edir. Bundan əvvəl baş nazir Nikol Paşinyan təşkilatın Minskdə keçirilən sammitində iştirak etməyib.
Gununsesi.info