Ermənilər Kəlbəcəri tərk edir - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Ermənistanın baş naziri Nikol Paşinyanın və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında noyabrın 10-da imzalanan bəyanata əsasən, erməni işğalçıları Kəlbəcəri tərk etməyə başlayıblar.
27 il əvvəl erməni işğalı və etnik təmizləmələr nəticəsində Kəlbəcəri tərk etmək məcburiyyətində qalan azərbaycanlılardan fərqli olaraq, ermənilər həyat üçün lazım olanları özləri ilə götürməyə vaxt tapıb.
Gununsesi.info ermənilərin şəhəri tərk edərkən çəkilən görüntülərini təqdim edir:
Qarabağ müharibəsində uğursuzluğa düçar olan ermənilərin, həmçinin Qarabağdan çıxarkən evlərini yandırdıqları məlum olub. Sosial şəbəkələrdə bunu əks etdirən görüntülər paylaşılıb.
Qeyd edək ki, üçtərəfli razılaşmaya əsasən, erməni işğalçı qüvvələri Kəlbəcər rayonundan 15 noyabra qədər çıxarılmalıdır.