
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) idarə və şöbələri fəaliyyətə başlayır
Gununsesi.info xəbər verir ki, bu bu barədə adıəkilən qurumun 12 noyabr tarixli məlumatında deyilir.
Cəbrayıl, Zəngilan, Füzuli, Qubadlı rayonlarında və Xocavənd rayonunun Hadrut qəsəbəsində DTX yerli bölmələri artıq xidmətə başlayıb.
Şuşa şəhərinin strateji əhəmiyyətini nəzərə alaraq, bu şəhərdə DTX şəhər idarəsi yaradılıb və yaxın zamanlarda fəaliyyətə başlayacaq.