
Ermənistanın Müdafiə Nazirliyi təlim-məşq toplanışları planlaşdırır.
Gununsesi.info Ermənistan mediasına istinadla xəbər verir ki, noyabrın 18-dən dekabrın 18-dək ehtiyatda olan hərbçilərin təlim-məşq toplanışı keçiriləcək.
Ermənistan hökumətinin qərarına əsasən, bir ay müddətində ilk olaraq ehtiyatda olan yüksəkrütbəli zabitlər, sonra isə kiçik rütbəli zabitlər üçün təlim-məşq toplanışı elan olunur.
Bildirilir ki, ehtiyatda olan hərbçilərin hərbi imkanlarını təkmilləşdirmək məqsədi daşıyır.
Təlim düşərgələrinə 161-i sıravi, 28-i kiçik, 13-ü isə zabit olmaqla ümumilikdə 202 ehtiyatda olan zabit çağrılacaq.
Gununsesi.info