Erməni müxalifəti Nikol Paşinyanın psixi vəziyyətini yoxlamaq üçün pul toplayır…

Erməni müxalifəti Nikol Paşinyanın psixi vəziyyətini yoxlamaq üçün pul toplayır…

“Erməni müxalifəti Nikol Paşinyanın psixi vəziyyətini yoxlamaq üçün pul toplayır”.

Gununsesi.org Moderator.az-a istinadən xəbər verir ki, bu barədə dekabrın 5-də “Sağlam Cəmiyyət” ictimai təşkilatının sədri, İrəvan Ağsaqqallar Şurasının keçmiş üzvü Marina Xaçatryan jurnalistlərlə görüşündə məlumat verib.

O əlavə edib ki, indiki hökumət və parlament qovulmalı, yeni hakimiyyət formalaşdırılmalı, habelə vəzifəli şəxslərə əlavə tələblər qoyulmalıdır.
Marina Xachatryan vurğulayıb ki, “mütləq təhsil senzi tətbiq edilməli, habelə psixi xəstəliklər də daxil olmaqla bir sağlamlıq arayışı tələb etmək lazımdır ki, indiki hakimiyyətdə olanlar kimi psixi xəstələr bir də hakimiyyətə gələ bilməsinlər”.
Qatı millətçi olan Marina Xaçatryan əlavə edib ki, onların təşəbbüsü ilə maliyyə vəsaiti toplanıb və Paşinyanın psixi vəziyyətinin müayinəsinin keçirilməsi məqsədi daşıyır. “İndiki hakimiyyət türkpərəst siyasət aparır” – Xaçatryan əlavə edib.
M.Xaçatryan onu da qeyd edib ki, Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın Qarabağa getməsinə qadağa qoyulmalıdır və fikrini onunla əsaslandırıb ki, Akopyanın Azərbaycan Respublikasının birinci vitse-prezidentini Qarabağa dəvət etməsi böyük səhvdir.

COMMENTS