Dünyanınsəsi.Az xarici mediaya istinadən xəbər verir ki, Ukrayna hərbçiləri döyüş xəttini Dnepropetrovsk vilayətindən uzaqlaşdırmağa nail olub. İndi cəbhə xətti Xerson vilayətinin ərazisindən keçir. Bu barədə Krivoy Roq hərbi administrasiyasının rəhbəri Aleksandr Vilkul məlumat verib.
Vilkulun sözlərinə görə, Ukrayna hərbçiləri Xerson vilayətində 15-dən çox yaşayış məntəqəsini azad etməyə nail olub: “Hərbçilərimizin şücaəti sayəsində cəbhə xətti artıq Krivoy Roq rayonu ilə Xerson vilayətinin sərhəddində deyil. Cəbhə xətti artıq Xerson vilayətinin daxilindən keçir. 15-dən çox yaşayış məntəqəsi azad edilib, düşmən çox ciddi şəkildə geri çəkilib. Ordumuz düşmənin texnikasını, canlı qüvvəsini məhv edir” – Vilkul fikirlərini tamamlayıb.
Gununsesi.info