Erməni bloger Qarabağdakı anbarları paylaşdı - "Azərbaycan yalan danışmır"

Erməni bloger Roman Baqdasaryan separatçı rejimin Qarabağda guya “blokada” və “aclıq” olduğunu iddia edən nümayəndələrini ifşa edib.

Gununsesi.info-nun məlumatına görə, bu barədə o, teleqram kanalında məlumat yayıb. O, Qarabağda onlarla anbarın ərzaqla dolu olduğunu və erməni məmurların öz xalqını qəsdən ac qoyduğunu vurğulayıb:

“Təəssüf ki, Azərbaycan yalan danışmır. “Artsax”da onlarla anbar ərzaqla doludur və məmurlar öz xalqını bilərəkdən ac qoyublar.

Yemək çox idi, amma “Artsax”ın deputatları, nazirləri və Milli Təhlükəsizlik Xidməti xalqı bilərəkdən ələ saldılar.

Məsələn, Arayik Arutyunyanın Qırmızı bazarda və “Maçkalaşen” yaxınlığında (red. Xocavənd rayonunun Cütcü kəndi) bir illik günəbaxan yağı ehtiyatı olub”.

Erməni bloger sözlərini oradakı anbarın videogörüntülərini yayaraq təsdiqləyib.