Eriksendən paylaşım: "Hər şey əladır" 

Ötən gün Avro-2020-nin B qrupunda keçirilən Danimarka – Finlandiya oyununda ürəktutmasından yerə yıxılan danimarkalıların ulduz futbolçusu Kristian Eriksendən xəbər var.

Gununsesi.info xəbər verir ki, futbolçu “Facebook” hesabında yeni foto paylaşıb.

O, paylaşdığı fotoda əl jesti ilə hər şeyin əla olduğunu bildirib.