Ər arvadının telefonuna baxa bilərmi?

  • By Admin2
  • 04 Avqust 2025 13:24

Ər qadının telefonuna baxır – bu hüquq pozuntusudurmu?

Ailə-məişət məsələlərində bir problem də buradan qaynaqlanır.

Hər iki tərəfin hansısa səbəblərlə bir-birinin telefonunu aşkar və ya gizli formada yoxladığı olur.

Qanun buna nə deyir?

Məsələn, ər arvadının telefonuna baxa bilərmi?

Hüquqşünas Uğur Əliyev Gununsesi.info-ya deyib ki, yox, baxa bilməz:

Azərbaycan Konstitusiyasının 32-ci maddəsi şəxsi həyatın toxunulmazlığını təmin edir. Razılıq olmadan telefon məlumatına baxmaq hüquq pozuntusudur. O cümlədən ailədaxili olsa belə. Evin xanımı razılıq verərsə, bu halda baxmaq olar”,- deyə o, əlavə edib:

Orxan

Gununsesi.info