Rusiya Silahlı Qüvvələri Ukraynanın hərbi aerodromunun infrastrukturuna zərbə endirib.
Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Hərbi aerodromun infrastrukturuna, zenit-raket komplekslərinin mövqelərinə, uzaqmənzilli pilotsuz uçuş aparatlarının buraxılması üçün saxlanma və hazırlıq sahələrinə, 139 rayonda Ukrayna birləşmələrinin və xarici muzdluların müvəqqəti yerləşdirmə məntəqələrinə zərbələr endirilib”, – məlumatda deyilir.












