Ərəblər verdiyi pulları geri istəyir: Türkiyə Futbol Federasiyasını məhkəməyə verəcəklər

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda oynanılması planlaşdırılan, lakin protokolda qeyd olunmayan “Atatürk” yazılı köynəklərə və pankartlara görə təxirə salınan Superkubok finalı ətrafında qalmaqal böyüyür.

Gununsesi.info teleqraf.com-a istinadla xəbər verir ki, ərəblər məsələ ilə bağlı Hollandiyanın Haaqa şəhərindəki Beynəlxalq Cinayət Məhkəməsinə müraciət edəcək.

Belə ki, təşkilatçı şirkət olan “Riyad Season” Türkiyə Futbol Federasiyası, “Qalatasaray” və “Fənərbaxça”ya verdiyi pulları, həmçinin dəymiş ziyanla əlaqədar təzminat tələb edir.

Təşkilatçı şirkət təxirə salınan oyunla bağlı verdiyi açıqlamada “Fənərbaxça” və “Qalatasaray” komandalarını günahlandırıb.

“Təəssüf ki, razılaşmaya baxmayaraq, hər iki komanda müqaviləyə əməl etməyib”, – deyə məlumatda qeyd olunub.

Gununsesi.info