Energetika naziri Astarada vətəndaşları qəbul edəcək

  • By ilhame
  • 07 Yanvar 2024 10:30

Yanvarin 26-da energetika naziri Pərviz Şahbazov Astara, Lənkəran, Lerik, Masallı və Yardımlı rayonlarından olan vətəndaşları qəbul edəcək.

 

Gununsesi.info-nun Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, qəbul saat 12:00-dan başlayaraq Astara rayon Heydər Əliyev Mərkəzində (ünvan: Astara şəhəri, İstiqlaliyyət küçəsi 26b) keçiriləcək.

 

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1245, 1146, 1147) telefon nömrələri (əlaqələndirici şəxs: Azər Rzayev), minenergy@minenergy.gov.az elektron poçt ünvanı, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Lənkəran filialı (əlaqələndirici şəxs: Xəyyam Aydınov: əlaqə telefonu: (050) 305-51-67, elektron poçt ünvanı: office.lankaran@regulator.gov.az) vasitəsilə müraciət edə bilərlər. Həmçinin Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də qəbul üçün müraciət etmək mümkündür.

 

Gununsesi.info