
Xalq artisti Emin Ağalarov övladları ilə fotosunu yayımlayıb.
Gununsesi.info xəbər verir ki, şəkildə müğənninin əkizləri Əli və Mikayıl, qızları Əminə və Afina yer alıblar.
Birlikdə istirahətdə olduqlarını vurğulayan Ağalarov paylaşımına bunları yazıb:
“Mənim üçün ən gözəl vaxt bütün uşaqlarımla bir yerdə olduğum andır. Hamısı, dördü də…”.