Elxan Qasımov xəstəxanaya yerləşdirilib

Əməkdar artist Elxan Qasımov özəl xəstəxanaların birində müalicə alır.

Bu barədə Gununsesi.info -ya Mədəniyyət Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

HTML tutorial

“Dünən Nazirliyin rəsmi nümayəndəsi xəstəxanada aktyora baş çəkib, sağlamlığı ilə maraqlanıb. Bu gün də aktyorun qızı ilə telefon əlaqəsi saxlanılıb, xəstənin vəziyyəti ilə maraqlanıb”, – məlumatda deyilir.

Bildirilib ki, tanınmış kinorejissor, aktyor Elxan Qasımovun səhhəti Mədəniyyət Nazirliyinin diqqətindədir.

 

Gununsesi.info