
Rusiyada gerçəkləşdirilən dörd tərəfli görüşdə Suriya, Türkiyə, Rusiya və İran Xarici İşlər Nazirləri bir araya gəliblər.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, toplantı zamanı Türkiyə-Suriya dialoqu önəm daşıyıb.
Paytaxt Moskvadakı görüşdə iki ölkə arasınıdakı münasibətlərin normallaşdırılması üçün Yol Xəritəsi hazırlanacaq.
Bu barədə Rusiya XİN başçısı Lavrov, Mövlud Çavuşoğlu, onun Suriyadan olan həmkarı Faysal Miqdəd və İran XİN başçısı Hüseyn Əmir Abdullahiyan ortaq razılığa gəliblər.
Ortaq yazılı açıqlamada tərəflər Suriyanın ərazi bötövlüyü ilə bağlı həmfikir olduqlarını ifadə ediblər.
Sənəddə “terrorun hər növü ilə mübarizəyə sədaqət” vurğulanıb. Suriyalıların könüllü və təhlükəsiz şəkildə vətənlərinə dönə bilmələri üçün ölkələrarası yardımın genişlədilməsi ilə bağlı çağırış edilib.
Görüş zamanı Türkiyə və Suriya arasında nazirlər və onların köməkçiləri, müdafiə və kəəşfiyyat işçilərinin çalışmaları ilə koordinasiyalı şəkildə münasibətlərin irəlilədilməsi üçün yol xəritəsinin hazırlanması təlimatı verilib.
Nazirlər arasında təmasların davam edəcəyi açıqlanıb.
Tərcümə: Arzu Sayadoğlu