Elvin Basqallı:”Qəzadan xəsarətsiz qurtulmuşuq”

  • By admin
  • 14 Yanvar 2024 17:55

Gəncədən əsgər görüşündən gələrkən, buzlu yolda maşını aşırdıq. Kiçik əziklər istisna olmaqla, hamımız xəsarətsiz qurtulmuşuq. Maraqlanan hər kəsə minnətdaram”.

Gununsesi.info bildirir ki, bunu tanınmış teleaparıcı Elvin Basqallı avtomobil qəzasına düşməsi barədə xəbərlərdən sonra sosial şəbəkədə yayıb.

Qeyd edək ki, bu barədə xəbərdə onun və ailə üzvlərinin ağır yaralandığı iddia olunurdu.

Gununsesi.info