
“Mərmər soyuğu” filminin çəkilişləri yekunlaşıb.
Gununsesi.info xəbər verir ki, bu barədə “Azərbaycanfilm” Studiyası məlumat yayıb.
Bildirilib ki, film uğursuz rəssamla sevgilisinin qarışıq münasibətlərindən bəhs edir. Uzun sürən həbs həyatından sonra evə qayıdan ata ən radikal yollarla oğlunun həyatına düzən verməyə çalışır.
Ekran əsərinin ssenari müəllifləri Asif Rüstəmov və holland həmkarı Roelof Jan Minneboo, rejissoru Asif Rüstəmov, təsvir rejissorları Oktay Namazov və Adil Abbasov, rəssamı Rafiq Nəsirov, kreativ prodüseri İradə Bağırzadə, baş prodüseri isə Fariz Əhmədovdur. Baş rollarda Elşən Əsgərov, Natavan Abbaslı və Xalq artisti Qurban İsmayılov çəkiliblər.
Layihə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” Kinostudiyası, “İctimai TV” və “Arizona Productions” (Fransa) şirkətlərinin birgə istehsalıdır.
Gununsesi.info