Əhalinin gəlirləri 6%-dən çox artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 11 milyard 907,1 milyon manat təşkil edib.

 Gununsesi.info Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,4 % çoxdur.

Son 1 ildə ölkədə adambaşına düşən nominal gəlir isə 5,9 % artaraq 1 164 manata çatıb.

 

 

 Gununsesi.info