Düşmənin döyüş mövqeləri, hərbi texnikaları məhv edildi – VİDEO

  • By resul
  • 20 Sentyabr 2023 08:23
düşmən mövqe

Sentyabrın 19-dan başlayaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri uğurla davam edir.

Gununsesi.info xəbər verir ki, bununla bağlı məlumatı Müdafiə Nazirliyi yayıb.

“Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus döyüş mövqeləri, hərbi təyinatlı avtomobillər, artilleriya və zenit-raket qurğuları, radioelektron mübarizə stansiyaları və digər hərbi təyinatlı vasitələr zərərsizləşdirilib”, – deyə məlumatda bildirilib.