
ABŞ dövlət katibi Antoni Blinken Qarabağda atəşkəsə çağırıb və “ABŞ Azərbaycanın Dağlıq Qarabağdakı hərbi əməliyyatlarından dərin narahatdır və Azərbaycanı bu hərəkətləri dərhal dayandırmağa çağırır” deyib.
Gununsesi.info bildirir ki, ABŞ dövlət katibi Antoni Blinken Azərbaycanın Qarabağda keçirdiyi antiterror əməliyyatı ilə bağlı yazılı açıqlama verib.
“ABŞ Azərbaycanın Dağlıq Qarabağdakı hərbi əməliyyatlarından dərin narahatdır və Azərbaycanı bu hərəkətləri dərhal dayandırmağa çağırır. “Bu hərəkətlər Dağlıq Qarabağda onsuz da ağır olan humanitar vəziyyəti daha da pisləşdirir və sülhə olan ümidləri sarsıdır”, – deyə Blinken bildirib.
“Mübahisələrin həlli üçün gücdən istifadənin qəbuledilməz olduğunu” bildirən Blinken, sözügedən əməliyyatın “bölgədə ədalətli və şərəfli sülhün təmin edilməsi üçün lazımi şəraitin yaradılması səylərinə zidd olduğunu” ifadə edib. “Biz hərbi əməliyyatlara dərhal son qoymağa və Bakı və Dağlıq Qarabağ əhalisinin nümayəndələri arasında sayğı çərçivəsində dialoqa çağırırıq”, – deyə o bildirib.
Səid Əhmədli
Gununsesi.info