
Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə görüşməyə hazır olduğunu bildirib.
Gununsesi.info xəbər verir ki, Ukrayna Prezidenti bu barədə ümum-Ukrayna telemarafonu zamanı jurnalistlərə müsahibəsində deyib.
O, görüşün baş tutmayacağını da istisna etməyib.
Zelenskinin sözlərinə görə, Ukraynanın belə danışıqlarda Rusiya Federasiyasından daha güclü mövqeyə malik olması zəruridir: “Ona görə də biz cəmiyyəti birləşdirməliyik, dövlətimiz üçün güclü silahlar olmalıdır, addımları seçmək lazımdır. Mütləq danışıqlar məsələsi olacaq. Yeganə sual budur ki, siz danışıqlar masası arxasında nə qədər güclü olacaqsınız. Və bu, məhz vacib məqamlardan asılıdır”.
Ukrayna dövlət başçısı qeyd edib ki, indi ən asan mövqe ikitərəfli görüşdən imtina etməkdir. Onun sözlərinə görə, bu mövqe aydındır və rus qoşunlarının Ukraynada törətdiyi vəhşiliklərlə əsaslandırılır.
Gununsesi.info