
Azərbaycan və Ermənistan hərbi əsirlərin siyahısının mübadiləsini aparıblar.
Gununsesi.info xəbər verir ki, bu barədə Rusiyanın “İnterfaks” agentliyi məlumat verib. Bildirilir ki, məlumat Ermənistanın baş nazirinin müavini Tiqran Avinyanın ofisindən bildirilib.
“Azərbaycan və Ermənistan tərəfi hərbi əsirlərin siyahısını Beynəlxalq Qırmızı Xaç Komitəsinə təqdim ediblər”, – deyə xəbərdə deyilir.
Hazırda siyahının dəqiqləşdirilməsi istiqamətində işlər aparılır.