Koronavirusla mübarizədə ABŞ-dan heç vaxt kömək istəməyəcəyik – İran XİN

Koronavirusla mübarizədə ABŞ-dan heç vaxt kömək istəməyəcəyik – İran XİN

“Koronavirusla mübarizədə İran ABŞ-dan heç vaxt kömək istəməyəcək”.
Gununsesi.org-un APA-ya istinadən verdiyi xəbərə görə, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Abbas Musəvi deyib.
“Pandemiya ilə mübarizədə İran ABŞ-dan heç vaxt Tehrana kömək etməsini istəməyib və istəməyəcək. Ancaq ABŞ İrana qarşı bütün qanunsuz, birtərəfli sanksiyaları qaldırmalıdır”, – deyə İran XİN sözçüsü vurğulayıb.
O qeyd edib ki, ABŞ Tehranı danışıqlara məcbur etməyə çalışır.
Xatırladaq ki, daha əvvəl İranın Ali Rəhbəri Əli Xamenei bildirib ki, Tehran koronavirusla mübarizə üçün ABŞ-ın təklif etdiyi humanitar yardımdan imtina edib.

Gununsesi.org

COMMENTS