
Dünyada ilk dəfə olaraq ağ hidrogen üçün qazma quyusu açılacaq. Ona görə də bütün gözlər bölgəyə çevrilib.
Gununsesi.info xəbər verir ki, “Energy Diary”də yer alan məlumata görə, səhmləri Avstraliya Birjasında satılan “Gold Hydrogen” tezliklə qazma işlərinə başlayaraq yerin altında təbii yolla tapılan hidrogeni çıxarmağa hazırlaşır.
Şirkət oktyabrın ortalarında Cənubi Avstraliyanın York yarımadasındakı Ramsay layihəsində hidrogen qazma işlərinə başlamağı planlaşdırır.
Layihə uğurlu olarsa, hidrogen Cənubi Avstraliyanın təbii qaz və elektrik istehsalının bir hissəsini əvəz edə bilər.
Hidrojenhaber.com saytındakı xəbərlərdə ağ hidrogenlə bağlı mühüm məlumatlar da yer alır.
Hesablamalara görə, əgər bir quyudan cəmi 1,3 milyard kq hidrogen hasil edilsə, əldə edilən enerji 1 milyon evi 40 il ərzində elektrik enerjisi ilə təmin etməyə kifayət edər. Şirkətin daha 6 region üzrə müraciətləri var.
Səid Əhmədli
Gununsesi.info