
Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilir.
Gununsesi.info xəbər verir ki, dövlət və hökumət rəsmiləri də səsvermə hüququndan istifadə edib.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev fevralın 7-də 16 saylı Yasamal ikinci seçki dairəsinin 34 saylı seçki məntəqəsində səs verib.
Baş nazir Əli Əsədov isə 7 saylı Səbail seçki dairəsinin 2 saylı məntəqəsində səsvermə hüququndan istifadə edib.
Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova fevralın 7-də 19 saylı Nərimanov birinci seçki dairəsinin 11 saylı seçki məntəqəsində səs verib.
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 17 saylı Yasamal üçüncü seçki dairəsinin 1 saylı məntəqəsinə gələrək səsvermə hüququndan istifadə edib.
Baş nazirin I müavini Yaqub Eyyubov prezident seçkilərində səsvermə hüququndan istifadə edib. O, 7 saylı Səbail seçki dairəsinin 6 saylı məntəqəsində səs verib.
Energetika naziri Pərviz Şahbazov 7 saylı Səbail Seçki Dairəsinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzində yerləşən 12 saylı seçki məntəqəsində səs verib.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov növbədənkənar prezident seçkilərində səs verib. O, 7 saylı Səbail seçki dairəsinin 4 saylı məntəqəsində səsvermə hüququndan istifadə edib.
Baş nazirin müavini Şahin Mustafayev prezident seçkilərində səsvermə hüququndan istifadə edib. O, 21 saylı Nəsimi-Binəqədi Seçki Dairəsinin 132 saylı uşaq bağçasında yerləşən 3 saylı seçki məntəqəsində səs verib.
Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 28 saylı seçki məntəqəsində səs verib.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov 21 saylı Nəsimi-Binəqədi seçki dairəsinin 11 saylı məntəqəsində səs verib.
Azərbaycanın maliyyə naziri Samir Şərifov 5 saylı Xətai 3-cü Seçki Dairəsinin 6 saylı seçki məntəqəsində səs verib.
Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu da səsvermədə iştirak edib.
Gununsesi.info