Dövlət Gömrük Komitəsinə yeni təyinat olub

  • By ilhame
  • 09 Aprel 2024 22:53

Dövlət Gömrük Komitəsinin Gömrük orqanlarının fəaliyyətinin əlaqələndirilməsi şöbəsinə yeni rəis təyin olunub.

 

Gununsesi.info-nun verdiyi xəbərə görə, bununla bağlı DGK sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov müvafiq əmr imzalayıb.

 

Əmrə əsasən, bu vəzifəyə Həmid Elxan oğlu Şirinovu təyin edilib. O, 2018-ci ilin oktyabr ayından Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İnsan Resursları İdarəsinin Kadrlarla işin təşkili şöbəsinin, 2023-cü il tarixindən isə qeyd edilən İdarənin Kadrlarla işin təşkili və uçotu şöbəsinin rəisi vəzifəsində xidmət edib.

Gununsesi.info