Dövlət Duması Azərbaycanda keçiriləcək prezident seçkilərinə müşahidəçilər göndərəcək

  • By ilhame
  • 17 Yanvar 2024 19:05

Rusiya Dövlət Duması Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərinin monitorinqində iştirak etmək üçün nümayəndə heyəti göndərəcək.

 

Gununsesi.info xəbər verir ki, bunu TASS-a Rusiya Dövlət Dumasının MDB məsələləri üzrə komitəsinin başçısı Leonid Kalaşnikov deyib.

 

“Artıq nümayəndə heyətinin göndərilməsi təsdiqlənib”, – o bildirib.

 

Qeyd edək ki, Azərbaycanda növbədənkənar prezident seçkiləri 2024-cü il fevralın 7-də keçiriləcək.

 

Gununsesi.info