
“2023-cü ildə Azərbaycan Respublikasının xarici dövlət borclanmasının yuxarı həddi 750 milyon manat təsdiq edilib. Lakin il ərzində xarici borclanma həyata keçirilməyib”.
Gununsesi.info xəbər verir ki, bu fikirləri Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində “2023-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
O qeyd edib ki, dövlət zəmanətinin yuxarı həddi 1 milyard manat müəyyən edilib: “Hazırda tərəfimizdən dövlət borcunun auditi aparılır. Audit yekunlaşdıqdan sonra millət vəkillərinə geniş məlumat veriləcək”.